AZ

Azərbaycan milli komandası beynəlxalq turnirin qalibi oldu

Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start verilib. Matçda hesabı qonaqlar açıb. Lakin ikinci hissədə yığmamız bərabərlik topunu vurmağı bacarıb.

    Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha inamlı olan Azərbaycan millisi turniri qalib başa vurub - 9:8.

    Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

    Seçilən
    60
    4
    bakivaxti.az

    5Mənbələr