AZ

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

"Tottenhem" rəsmi olaraq baş məşqçi Iqor Tudor ilə yollarını ayırdığını açıqlayıb.

Sportal.az xəbər verir ki, klubun bəyanatında bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında dərhal ayrılmaq qərarına gəlib. London klubunun rəhbərliyi Tudor və onun məşqçi heyətinə son həftələrdəki əməklərinə görə təşəkkür edib, həmçinin şəxsi itkisi ilə bağlı ona və ailəsinə dəstək ifadə edib.

Xorvatiyalı mütəxəssis komandaya fevralın 14-də qoşulmuşdu. Onun rəhbərliyi altında “Tottenhem” 7 oyun keçirib, bunların yalnız 1-ni qazanıb, 5-də isə məğlub olub (yeganə qələbə "Atletiko" üzərində 3:2 hesablı oyun idi). Buna baxmayaraq, komanda iki oyunun cəminə görə Çempionlar Liqasından kənarda qalıb.

Hazırda "Tottenhem" Premyer Liqada 31 turdan sonra 30 xalla 17-ci yerdədir.

saytlarin hazirlanmasi

Seçilən
0
25
sportal.az

10Mənbələr