AZ

Tramp bir gün ərzində Məhəmməd bin Salmanı həm tərifləyib, həm də təhqir edib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə bağlı ziddiyyətli açıqlamalar verib...

Poliqon xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb. ABŞ prezidenti Donald Tramp əvvəlcə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı ABŞ ilə birlikdə İrana qarşı mübarizə aparan “döyüşçü” kimi xarakterizə edib. Lakin qısa müddət sonra o, daha sərt və qalmaqallı ifadələrlə çıxış edərək şahzadə haqqında ziddiyyətli fikirlər səsləndirib. Tramp qeyd edib ki, Səudiyyənin vəlihəd şahzadəsi indi onun "arxasını" öpür.

Tramp bildirib ki, Məhəmməd bin Salman baş verən prosesləri əvvəlcədən gözləməyib və ABŞ ilə münasibətlərdə daha ehtiyatlı davranmağa məcbur qalıb. ABŞ prezidenti öz çıxışında qeyd edib ki, vəliəhd şahzadə indi Vaşinqtonla münasibətlərdə daha “yumşaq və diqqətli” olmalıdır və bunu zəruri hesab edir.

ABŞ prezidenti əlavə edib ki, şahzadə ilə əvvəlki söhbətlərində Səudiyyə Ərəbistanının vəziyyəti ilə bağlı fikirlər səsləndirilib və son dövrdə ölkənin mövqeyinin dəyişdiyini vurğulayıb. Trampın bu açıqlamaları beynəlxalq mediada geniş rezonans doğurub və Vaşinqton-Riyad münasibətlərinin dinamikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Analitiklər hesab edirlər ki, bu cür ziddiyyətli və emosional ritorika ABŞ-nin Yaxın Şərq siyasətindəki dəyişkən yanaşmasını və regiondakı mürəkkəb geosiyasi balansı əks etdirir.

Poliqon.info

Seçilən
16
2
poliqon.info

7Mənbələr