ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycan Prezidenti İlham Əliyev haqqında danışıb.
Axar.az Trend-ə istinadən xəbər verir ki, Uitkoff dünyada bir çox böyük liderlik nümunəsi olduğunu və bir çox gənc liderlərin dünya üçün ümid mənbəyi ola biləcəyini bildirib.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.
"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.