AZ

Trampın xüsusi elçisi: “İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib” – VİDEO

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb.

Bizim.Media xəbər verir ki, Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda bu barədə fikirlərini bölüşüb.

O bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.

"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.


Bizim.Media

Seçilən
0
14
bizim.media

10Mənbələr