AZ

"FIFA Series - 2026": Azərbaycan millisi böyükhesablı qələbə qazandı

Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent-Lüsiya yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.

Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.

Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Seçilən
8
7
far.az

8Mənbələr