AZ

"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiyanı böyük hesabla məğlub edib – YENİLƏNİB-6

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 6:1.

Komandanın qollarını 2-ci dəqiqədə Emin Mahmudov (p), 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.

Qonaqlardan Filip Donavan (p) 52-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

"FIFA Series – 2026" beynəlxalq turnirində keçirilən Azərbaycan - Sent Lüsiya oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi altıncı topu rəqib qapısından keçirib - 6:1.

89-cu dəqiqədə Rüstəm Əhmədzadə fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.

"FIFA Series – 2026" beynəlxalq turnirində keçirilən Azərbaycan - Sent Lüsiya oyununda altıncı qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi beşinci topu rəqib qapısından keçirib - 5:1.

87-ci dəqiqədə Vüsal İsgəndərli fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

"FIFA Series – 2026" beynəlxalq turnirində keçirilən Azərbaycan - Sent Lüsiya oyununda beşinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi dördüncü topu rəqib qapısından keçirib - 4:1.

64-cü dəqiqədə Toral Bayramov fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

"FIFA Series – 2026" beynəlxalq turnirində keçirilən Azərbaycan - Sent Lüsiya oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar hesab arasındakı fərqi azaldıb - 1:3.

52-ci dəqiqədə Filip Donavan fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda üçüncü qolu vurub.

"Report"un məlumatına görə, 37-ci dəqiqədə Musa Qurbanlı fərqlənib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya ilə oyunda iki qol fərqi ilə öndədir.

"Report"un məlumatına görə, hazırda hesab 2:0 Azərbaycan yığmasının xeyrinədir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın 2-ci dəqiqəsində Emin Mahmudov penaltini dəqiq yerinə yetirib. 21-ci dəqiqədə Rəhim Sadıxov adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra-Leone ilə üz-üzə gələcək.

Seçilən
8
1
far.az

8Mənbələr