AZ

İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dövlət teleradiosunun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, söhbət Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasından gedir.

Açıqlamada qeyd olunur ki, ABŞ-ni dəstəkləyən logistika donanmasına aid bir neçə yanacaqdaşıyan təyyarə məhv edilib.

Seçilən
5
2
far.az

3Mənbələr