AZ

İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb

Moderator.az saytına istinadən ain.az xəbər verir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanında yerləşən aviabazada bir neçə yanacaqdaşıyan təyyarənin məhv edildiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə dövlət teleradiosunun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, söhbət Əl-Xarc şəhərində yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Şahzadə Sultan aviabazasından gedir.

Açıqlamada qeyd olunur ki, ABŞ-ni dəstəkləyən logistika donanmasına aid bir neçə yanacaqdaşıyan təyyarə məhv edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
moderator.az

3Mənbələr