ABŞ konqresmenləri Rusiya parlament nümayəndə heyətinə ABŞ prezidenti Donald Trampın təsviri olan corablarını hədiyyə ediblər.
Hakimiyyet.az xəbər verir ki, bu barədə TASS-a Duma nümayəndə heyətinin üzvü və Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi isə onlara Sovet-Amerika Soyuz-Apollon kosmik proqramını xatırladan açıqca təqdim etməklə simvolik hədiyyələr mübadiləsi aparıblar.
M.Delyagin qeyd edib ki, üzvlər həmçinin konqresmen Anna Paulina Lunadan fərdiləşdirilmiş döş nişanları da alıblar.


