AZ

Konqresmenlər rus deputatlara "Tramp corabı" hədiyyə etdilər - FOTO

ABŞ konqresmenləri Rusiya parlament nümayəndə heyətinə ABŞ prezidenti Donald Trampın təsviri olan corablarını hədiyyə ediblər.

Ölkə.Az xəbər verir ki, bu barədə TASS-a Duma nümayəndə heyətinin üzvü və Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi isə onlara Sovet-Amerika Soyuz-Apollon kosmik proqramını xatırladan açıqca təqdim etməklə simvolik hədiyyələr mübadiləsi aparıblar. 

M.Delyagin qeyd edib ki, üzvlər həmçinin konqresmen Anna Paulina Lunadan fərdiləşdirilmiş döş nişanları da alıblar.

Seçilən
0
2
olke.az

3Mənbələr