Aparıcı Tarix Əliyevin (Tolik) qızı Milananın ad günüdür.
"Cebheinfo.az" xəbər verir ki, Tolik bununla bağlı paylaşım edib. O, övladını bu sözlərlə təbrik edib:
"2025-ci ilin martın 27-si… Həyatımın ən böyük dəyişikliklərindən birinin ildönümü. İlk günlər heç nə hiss etmirdim, sanki hər şey adi idi. Amma günlər keçdikcə qəlbimdə böyüyən o hissin adını anladım - sevgi. Və anladım ki, mən artıq valideynəm, atayam. Zaman necə də tez keçdi. Bu gün dünyamın ən qiymətli varlığı - Milanamın bir yaşı tamam olur. İndi ona “ataya bax” deyəndə baxır, “atanı öp” deyəndə öpür, “ata” sözünü anlayır.
Qeyd edək ki, Tolik qızının surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib.
"Cebheinfo.az"