EN

Tolikin qızının 1 yaşı oldu - FOTOLAR

Aparıcı Tarix Əliyevin (Tolik) qızı Milananın ad günüdür.

"Cebheinfo.az" xəbər verir ki, Tolik bununla bağlı paylaşım edib. O, övladını bu sözlərlə təbrik edib:

"2025-ci ilin martın 27-si… Həyatımın ən böyük dəyişikliklərindən birinin ildönümü. İlk günlər heç nə hiss etmirdim, sanki hər şey adi idi. Amma günlər keçdikcə qəlbimdə böyüyən o hissin adını anladım - sevgi. Və anladım ki, mən artıq valideynəm, atayam. Zaman necə də tez keçdi. Bu gün dünyamın ən qiymətli varlığı - Milanamın bir yaşı tamam olur. İndi ona “ataya bax” deyəndə baxır, “atanı öp” deyəndə öpür, “ata” sözünü anlayır.

Qeyd edək ki, Tolik qızının surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib. 

"Cebheinfo.az"

Chosen
1
2
cebheinfo.az

3Sources