AZ

Millimiz dünyanın 167-cisi Sent Lüsiyaya qarşı

Azərbaycan millisi bu gün “FIFA Series – 2026”da ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşacaq.  Bu,  millimizin 2026-cı ildə ilk oyunu olacaq.

Saat 19:00-da başlayacaq matçı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Yığmamız martın 30-da Sumqayıtda Syerra Leone ilə üz-üzə gələcək.

“FIFA Series – 2026”

27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: 
Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
29
4
msport.az

10Mənbələr