AZ

Azərbaycan millisinin oyununda 5-ci qol - Yenilənir

style='margin-bottom:10px;'>

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlir. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunudur.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş saat 19:10-da başlayıb. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq. 

“FIFA Series – 2026”

27 mart

19:10. Azərbaycan - Sent Lüsiya - 4:1 (İkinci hissə)

Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0),  Musa Qurbanlı, 37 (3:0), Filip, 52-pen (3:1), Toral Bayramov, 64 (4:1)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Seçilən
9
8
teleqraf.com

10Mənbələr