Azərbaycan millisi bu gün “FIFA Series – 2026”da ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşacaq. Bu, millimizin 2026-cı ildə ilk oyunu olacaq.
Saat 19:00-da başlayacaq matçı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.
Yığmamız martın 30-da Sumqayıtda Syerra Leone ilə üz-üzə gələcək.
“FIFA Series – 2026”
27 mart
19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu