“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərədə çıxış etmək arzusunu dilə gətirib.
Msport.az xəbər verir ki, o, ölkəsinin sport.pl saytına açıqlamasında bildirib ki, əsas məqsədlərindən biri Premyer Liqada oynamaqdır:
“Arzum odur ki, Premyer Liqa klubuna keçim. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. ‘You’ll never walk alone’ mahnısını eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.
25 yaşlı qolkiper ABŞ-dan MLS liqasından təklif aldığını təsdiqləyib: “ABŞ-dan təkliflər var idi, amma MLS-ə getmək istəmədim. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyatda oturacağım kluba getməyəcəm. Daim oynamaq və “1 nömrə” olmaq istəyirəm.”
Qeyd edək ki, Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununa kimidir. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.