RU

“You’ll never walk alone” eşidəndə buraxdığımız altı qolu xatırlayıram” – Koxalski

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərədə çıxış etmək arzusunu dilə gətirib.

Msport.az xəbər verir ki, o, ölkəsinin sport.pl saytına açıqlamasında bildirib ki, əsas məqsədlərindən biri Premyer Liqada oynamaqdır:

“Arzum odur ki, Premyer Liqa klubuna keçim. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. You’ll never walk alone’ mahnısını eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.

25 yaşlı qolkiper ABŞ-dan MLS liqasından təklif aldığını təsdiqləyib: “ABŞ-dan təkliflər var idi, amma MLS-ə getmək istəmədim. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyatda oturacağım kluba getməyəcəm. Daim oynamaq və “1 nömrə” olmaq istəyirəm.”

Qeyd edək ki, Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununa kimidir. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

Избранный
18
msport.az

1Источники