AZ

Yaponiyanın ilk gəmisi Tomahavk-la təchiz olundu

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin Aegis ilə təchiz olunmuş "Chokai" esminesi Amerika Tomahawk qanadlı raketlərini atmaq üçün təkmilləşdirilib.

Musavat.com xəbər verir ki, məlumatı Yaponiya Müdafiə Nazirliyi yayıb.

"Chokai" 2025-ci ildə modernləşdirmə və heyət təlimi üçün ABŞ-a göndərilib. Amerikada sınaq buraxılışlarından sonra gəmi bu ilin sentyabr ayının ortalarında Sasebodakı (Naqasaki prefekturası) limanına qayıdacaq və bundan sonra döyüş növbətçiliyinə başlayacaq. "Chokai" Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin Tomahawk raketlərindən istifadə edə bilən ilk gəmisi olub.

Martın əvvəlində Yaponiya Müdafiə Nazirliyi həmçinin bu raketlərin çatdırılmasının başlandığını elan edib. Yaponiya Hərbi Dəniz Qüvvələrinin bütün səkkiz "Aegis" sinifli esminesləri üçün cəmi 400-ə qədər raketin alınması və onlarla təchiz edilməsi planlaşdırılır.

Qeyd edək ki, 16 dekabr 2022-ci ildə Yaponiya hökuməti yeni milli təhlükəsizlik strategiyasını təsdiqləyib. Sənəd İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Yaponiyanın potensial düşmənin ərazisindəki hədəflərə qarşı əks-hücumlar etmək hüququnu nəzərdə tutur. Eyni zamanda sənəddə qabaqlayıcı zərbələrin qadağan edildiyi vurğulanır. Strategiyada həmçinin NATO modelinə uyğun olaraq 2027-ci ilə qədər hərbi xərclərin ÜDM-in 2 faizinə qədər artırılması tələb olunurdu, lakin Baş nazir Sanae Takaichi artıq bu məqsədə vaxtından əvvəl nail olacağına söz verib. Cavab zərbə qabiliyyətinə sahib olmaq üçün Yaponiya hökuməti mövcud Tip-12 raketlərinin mənzilini artırmağı, özünün hipersəs silahlarını hazırlamağı və Amerika Tomahawk qanadlı raketlərini almağı planlaşdırır. Baş nazir seçildikdən dərhal sonra Takaichi dünyada və Yaponiyanı əhatə edən regionda ağır təhlükəsizlik vəziyyətini əsas gətirərək milli təhlükəsizlik strategiyası da daxil olmaqla əsas təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsini tapşırıb.

Musavat.com

 

Seçilən
2
1
musavat.com

10Mənbələr