AZ

"Tokio məsələyə ölkə qanunları çərçivəsində yanaşacaq" -Yaponiyanın Baş naziri

Yaponiya ABŞ Prezidenti Donald Trampın müraciətindən sonra gəmilərini Hörmüz boğazına göndərməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi bildirib ki, vəziyyətin həlli üçün əsas məsələ diplomatik səylərin artırılmasıdır.

Yaponiyanın Baş naziri Sanae Takaiti isə qeyd edib ki, ölkə hələlik rəsmi müraciət almayıb. O əlavə edib ki, Tokio hər hansı qərarı öz qanunvericiliyinə uyğun şəkildə verəcək.

Baş nazir vurğulayıb ki, Yaponiya hökuməti hazırda yaranmış vəziyyətə necə reaksiya verəcəyini nəzərdən keçirir. O, həmçinin bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçiriləcək görüşdə birbaşa dəstək istəsə, Tokio məsələyə ölkə qanunları çərçivəsində yanaşacaq.

Aytəkin TOFİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr