"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxumaq tərbiyəsizlikdir".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində deyib. O, toylarda yaşadığı problemlərdən söz açıb:
"Bir də mikrofondan doymayan ifaçılar var. Məndən sonra gələn müğənni deyir ki, tələsirəm, olar sənin yerinə çıxım, 2 mahnı oxuyacağam. 2 mahnı olur 1, bəzən 2 saat. Özümə söz vermişəm, heç kimə gözəştə getməyəcəyəm. Guya tələsir, bir də görürsən salonda dostları ilə oturub. Vaxtında gəlib mahnılarınızı oxuyun. Bunun xarici ölkələrdə edə bilməzsən.