AZ

"Toyda bunu etmək tərbiyəsizlikdir"

"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxumaq tərbiyəsizlikdir".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində deyib. O, toylarda yaşadığı problemlərdən söz açıb:

"Bir də mikrofondan doymayan ifaçılar var. Məndən sonra gələn müğənni deyir ki, tələsirəm, olar sənin yerinə çıxım, 2 mahnı oxuyacağam. 2 mahnı olur 1, bəzən 2 saat. Özümə söz vermişəm, heç kimə gözəştə getməyəcəyəm. Guya tələsir, bir də görürsən salonda dostları ilə oturub. Vaxtında gəlib mahnılarınızı oxuyun. Bunun xarici ölkələrdə edə bilməzsən.

Artıq bəllidir ki, bir çox sahələrdə monopoliyalar var. Amma musiqi sahəsində bu vəziyyət ağlamalıdır. Məsələn, deyirsən təşkilatçıya ki, filan müğənni aparacaq. Guya administrator həmin müğənniyə zəng vurur və deyir ki, "Hə, toyunuz var". Heç həmin müğənni ilə danışılmır. Amma digər müğənni ilə dostdursa, onda sən istəyəni pisləyir, öz dostunu məsləhət görür. Çünki oradan 10 manat cibinə gedəcək. Çoxunu beləcə aldadırlar". (Axşam.az)

Milli.Az

Seçilən
62
6
milli.az

8Mənbələr