AZ

Agentlərini və kəşfiyyatını ölkəmizdən çıxart! TƏFƏRRÜAT

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna prezident Volodimir Zelenskidən "Macarıstan müxalifətinin maraqları naminə hərəkət edən, parlament seçkilərindən əvvəl onlara dəstək verən" Ukrayna kəşfiyyat zabitlərini və agentlərini ölkədən çıxarmağı tələb edib.

Ölkə.Az TASS-a istinadən xəbər verir ki, o, Zelenskini "dərhal agentlərini geri çəkməyə və macarlara hörmət etməyə" çağırıb. Onun fikrincə, seçkilər ərəfəsində Zelenski Macarıstanı "Ukrayna xüsusi xidmət orqanları üçün əməliyyat zonasına çevirib": "O, əvvəllər Macarıstan siyasətində iştirak edən agentlərini aktivləşdirib və onlar tam gücü ilə işləyirlər".

O, qeyd etdi ki, "ukraynalılar tərəfindən maaş verilən Ukrayna casusları və İT mütəxəssisləri" Tisza müxalifət partiyasının işində iştirak edir. "Macarıstanda əvvəllər heç vaxt xarici kəşfiyyat xidmətlərinin bu qədər dərin müdaxilə etdiyi seçkilər olmayıb." Orban qeyd edib ki, onlar Macarıstan seçkilərindən sonra Ukrayna tərəfdarı olan bir hökumətin yaradılmasını təmin etmək üçün çalışırlar. Bu hökumət müharibəni dəstəkləyəcək, Macarıstanı ucuz Rusiya enerji təchizatından kəsəcək və macarların pullarını ukraynalılara verəcək.

Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
50
olke.az

10Mənbələr