AZ

Çin İsrail və ABŞ yə çağırış edib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Çinin Xarici İşlər Nazirliyi ABŞ və İsraili İranda tarixi abidələrin dağıdılmasını dərhal dayandırmağa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Pekində keçirilən brifinqdə XİN-in rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"Biz tarixi abidələrin, o cümlədən UNESCO siyahısına daxil olan obyektlərin məhv edilməsindən dərin təəssüf hissi keçiririk",-deyə diplomat qeyd edib.

O, münaqişə tərəflərini ən qısa zamanda danışıqlara başlamağa və müharibəyə son qoymağa səsləyib.

Çin XİN nümayəndəsinin sözlərinə görə, bu münaqişə ümumiyyətlə baş verməməli idi. Pekin hərbi əməliyyatların dərhal dayandırılmasını və diplomatik həll yoluna qayıdılmasını tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
baku.ws

2Mənbələr