AZ

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İsraili müharibəyə dərhal son qoymağa, İranı isə münaqişə tərəfi olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb.Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.Məlumata görə, o, bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.

 

"ABŞ və İsrailə mesajım budur ki, insan əzablarını dərinləşdirən, mülki itkiləri artıran və getdikcə daha dağıdıcı qlobal iqtisadi nəticələrə səbəb olan bu müharibəyə son qoymağın vaxtı çoxdan keçib".

BMT-nin baş katibi həmçinin İsraili Livan ərazisinə, Hizbullahı isə yəhudi dövlətinə hücumlarını dayandırmağa çağırıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələrin bütün tərəfləri diplomatiyanı qəbul etməlidir. "Qəzza modeli Livanda təkrarlanmamalıdır" - deyə o vurğulayıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
7
bizim.media

10Mənbələr