ain.az, Olke.az portalına istinadən məlumat verir.
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və İsraili müharibəyə dərhal son qoymağa, İranı isə münaqişə tərəfi olmayan qonşu ölkələrə hücumları dayandırmağa çağırıb.
Ölkə.az-ın "Report"a istinadən verdiyi məlumata görə, o, bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.
"ABŞ və İsrailə mesajım budur ki, insan əzablarını dərinləşdirən, mülki itkiləri artıran və getdikcə daha dağıdıcı qlobal iqtisadi nəticələrə səbəb olan bu müharibəyə son qoymağın vaxtı çoxdan keçib", - deyə Quterreş vurğulayıb.
BMT-nin baş katibi həmçinin İsraili Livan ərazisinə, Hizbullahı isə yəhudi dövlətinə hücumlarını dayandırmağa çağırıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişələrin bütün tərəfləri diplomatiyanı qəbul etməlidir. "Qəzza modeli Livanda təkrarlanmamalıdır" - deyə vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.