AZ

ABŞ 2 iranlı rəsmiyə "toxunulmazlıq" verdi - FOTO

İranın xarici işlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf İsrail və ABŞ tərəfindən "toxunulmazlıq" statusu alıblar.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Channel 14" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın dəqiqləşdirməsinə görə, iranlı siyasətçilər üçün nəzərdə tutulan bu toxunulmazlıq bütün danışıqlar müddətində, yəni 5 gün ərzində qüvvədə olacaq.

Abbas

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp martın 23-də İrana qarşı zərbələrin 5 gün müddətinə məhdudlaşdırılması barədə göstəriş verdiyini bəyan edib. ABŞ liderinin sözlərinə görə, rəsmi Vaşinqton İranla danışıqlar getdiyi müddətdə İslam Respublikasının enerji infrastrukturuna hücumları dayandıracaq.

"Politico" nəşrinin mənbələri isə bildirir ki, Tramp administrasiyası İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın namizədliyini ölkənin yeni potensial lideri kimi nəzərdən keçirir.

Araqçi

Ağ Ev rəsmilərinin fikrincə, Qalibaf İrana rəhbərlik etmək və Tramp administrasiyası ilə danışıqlar aparmaq qabiliyyətinə malikdir, lakin Ağ Ev hələlik yekun seçimini etməyib.

Qeyd edək ki, Abbas Araqçi Yaxın Şərqdə müharibə başlamazdan əvvəl Cenevrədə keçirilən İran-ABŞ danışıqlarının əvvəlki mərhələlərində də iştirak edib.

Musavat.com

Seçilən
11
50
musavat.com

10Mənbələr