AZ

Trampın danışıqlarla bağlı açıqlamasında İrandan REAKSİYA

İran ABŞ-la danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqai “India Today” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

“İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də belə olmayıb”, - o qeyd edib.

Baqai əlavə edib ki, ABŞ-la danışıqlar təcrübəsi İran üçün “fəlakətli” olub.
 

“Biz nüvə məsələsini həll etmək üçün danışıqlar apararkən, qısa müddət ərzində iki dəfə hücuma məruz qalmışıq. Bu diplomatiyaya qarşı xəyanət idi. Bu, İranda hazırda məşhur ifadədir, çünki bu hadisə bir dəfə deyil, iki dəfə baş verib. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz”, - İran rəsmisi vuğulayıb.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar aparıldığını və böyük irəliləyiş əldə olunduğunu bildirib.

Bundan əlavə, Qərb KİV-ləri ABŞ-ın İrana ünvanladığı 15 maddəlik sülh planının mətnini dərc edib. Sözügedən mətndə İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.

Bizim.Media

Seçilən
9
50
bizim.media

10Mənbələr