"Sevilya"ya yeni baş məşqçi təyin edilib.
Rekord.az xəbər verir ki, Əndəlüs təmsilçisinin yeni baş məşqçisi yerli mütəxəssis Luis Qarsiya Plasa olub.
İspaniyalı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb. Plasanın mövsümün qalan hissəsi üçün əsas hədəfi komandanın La Liqada qalmasını təmin etməkdir.
Qeyd edək ki, təcrübəli məşqçi karyerası ərzində "Vilyarreal", "Levante", "Malyorka" və "Alaves" kimi klublarda çalışıb, həmçinin Çin və Səudiyyə Ərəbistanında legioner həyatı yaşayıb.
Hazırda "Sevilya" 29 turdan sonra topladığı 31 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və təhlükəli zonadan cəmi 3 xal uzaqdadır.