AZ

"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

style='margin-bottom:10px;'>

"Sevilya" klubuna yeni baş məşqçi təyin edilib.

QOL.az xəbər verir ki, Əndəlüs təmsilçisinin yeni baş məşqçisi yerli mütəxəssis Luis Qarsiya Plasa olub. İspaniyalı mütəxəssis ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Plasanın mövsümün qalan hissəsi üçün əsas hədəfi komandanın La Liqada qalmasını təmin etməkdir. 

Qeyd edək ki, təcrübəli məşqçi karyerası ərzində "Vilyarreal", "Levante", "Malyorka" və "Alaves" kimi klublarda çalışıb, həmçinin Çin və Səudiyyə Ərəbistanında legioner həyatı yaşayıb. 

Qeyd edək ki, hazırda "Sevilya" 29 turdan sonra topladığı 31 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və təhlükəli zonadan cəmi 3 xal uzaqdadır.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr