Polşada XVIII əsrə aid qəbiristanlıqda aparılan arxeoloji qazıntılar zamanı onlarla qeyri-adi dəfn nümunəsi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.
Bildirilib ki, alimlər qəbiristanlıqda cəmiyyət tərəfindən qorxulan və ya qəbul edilməyən şəxslərin dəfn olunduğunu ehtimal edirlər. Tapılan məzarlarda cəsədlərin üzərinə oraq və qıfılların yerləşdirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı bəzi cəsədlərin üzüaşağı basdırıldığı, bəzilərinin boyun hissəsinə oraq qoyulduğu, digərlərinin isə bədəninin müxtəlif nahiyələrinə daşların yerləşdirildiyi üzə çıxıb.