AZ

Bu qadın kişi kimi basdırılıb: səbəbi təəccüb doğurdu FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Macarıstanda Neolit dövrünə aid qəbiristanlıqda tapılmış 125 skelet üzərində aparılan yeni tədqiqat göstərib ki, 7 min il əvvəl kişilər və qadınlar arasında cinsiyyət rolları fərqli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Arkeofili” nəşri məlumat yayıb.

“Tədqiqatçılar e.ə. 5300–4650-ci illər arasında istifadə edilmiş qəbiristanlıqlardakı skeletləri analiz edərək sümüklərdə təkrarlanan fəaliyyət izlərini araşdırıblar. Nəticələr göstərib ki, həm kişilər, həm də qadınlar ağır fiziki iş görüb və diz çökmə tələb edən fəaliyyətlərlə məşğul olublar.

Qadınların əksəriyyəti sol tərəfi üstə uzadılmış və muncuqlu kəmərlərlə basdırılmışdı. Kişilər isə sağ tərəfi üstə uzadılmış və yanlarına daş alətlər qoyulmuş halda tapılıb. Lakin bəzi skeletlərin bu nümunəyə uyğun gəlməməsi bioloji cinsiyyətlə dəfn forması arasındakı əlaqənin tam qəti olmadığını göstərib.

Araşdırmanın ən diqqətçəkən tapıntılarından biri daş alətlərlə birlikdə dəfn edilmiş yaşlı qadın skeleti olub. Onun ayaq barmaqlarında kişilərə xas diz çökmə fəaliyyəti izləri də aşkar edilib. Tədqiqatın müəlliflərindən biri, antropoloq Sebastien Villotte bildirib ki, bu hal qadınların cəmiyyətdə ənənəvi olaraq kişilərlə əlaqələndirilən rolları da yerinə yetirə bildiyini göstərir”, – məlumatda qeyd edilib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
globalinfo.az

1Mənbələr