AZ

Tramp razılaşmanın bir hissəsi olaraq ABŞ-nin İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib

Vaşinqton, 23 mart, AZƏRTAC

ABŞ Prezidenti Donal Tramp ABŞ-nin İslam Respublikası ilə potensial müqaviləsinin bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

"Bu, çox asandır, əgər onlarla razılaşmamız olsa, biz gedəcəyik və bunu özümüz edəcəyik", - deyə Tramp vurğulayıb.

O bildirib ki, İranla hər hansı bir razılaşma ölkənin nüvə imkanlarına son qoymağı da əhatə edəcək.

"Biz istəyirik ki, nüvə bombası, nüvə silahı olmasın. Hətta ona bənzər bir şey da olmasın", - deyə o əlavə edib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
36
6
azertag.az

7Mənbələr