AZ

ABŞ İranın zənginləşdirilmiş uranından istifadə edəcək - Tramp

Biz İranla razılaşma əldə etmək üçün real imkanların astanasındayıq.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Düşünürəm ki, əgər mən mərc oyunçusu olsaydım, buna mərc edərdim. Amma yenə də heç nəyə zəmanət vermirəm", - deyə o bildirib.

Tramp jurnalistlərə Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin bazar günü axşama qədər danışıqlar apardıqlarını bildirib. O, danışıqların bu gün davam edəcəyini əlavə edib.

Donald Tramp Tehranı təmsil edən heç bir rəsmi və ya vəzifəli şəxsin adını çəkməyib, lakin Ali Rəhbər Ayətullah Müctəba Xamenei ilə danışmadığını bildirib.

Tramp deyib ki, İranla razılaşma əldə olunarsa, ABŞ İranın mübahisəli nüvə proqramı üçün vacib olan zənginləşdirilmiş uranı təhvil vermək üçün addım atacaq. 

O, ABŞ-nin İslam Respublikası ilə potensial müqaviləsinin bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib. 

"Bu, çox asandır, əgər onlarla razılaşmamız olsa, biz gedəcəyik və bunu özümüz edəcəyik", - deyə Tramp vurğulayıb.

O bildirib ki, İranla hər hansı bir razılaşma ölkənin nüvə imkanlarına son qoymağı da əhatə edəcək.

"Biz istəyirik ki, nüvə bombası, nüvə silahı olmasın. Hətta ona bənzər bir şey da olmasın", - deyə o əlavə edib.

Seçilən
21
1
xezerxeber.az

3Mənbələr