AZ

İran və "Hizbullah"a qarşı hərbi əməliyyatlar daha bir neçə həftə davam edəcək - İsrail ordusu

Bakı. Trend:

İrana və Livandakı "Hizbullah" hərəkatına qarşı hərbiəməliyyatlar daha bir neçə həftə davam edəcək.

Trend-inməlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi EfiDefrin brifinq zamanı deyib.

"İran və "Hizbullah"a qarşı daha həftələrlə döyüş aparılmasıgözlənilir", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Seçilən
47
39
az.trend.az

10Mənbələr