AZ

Türkiyə və Fransa baş qərargah rəisləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bakı. Trend:

Türkiyə və Fransanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləriSelcuk Bayraktaroğlu və Fabyen Mandon arasında telefon danışığıolub.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Tərəflər strateji vəziyyət barədə bir sıra qlobal məsələrləyanaşı Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblarvə mövcud təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
40
3
az.trend.az

10Mənbələr