AZ

İran müdafiədən hücuma keçdi

İran ABŞ və İsrail ilə münaqişədə müdafiə taktikasını hücum taktikası ilə əvəz edib.

Publika.az "Financial Times"a istinadla xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı, general-mayor Əli Abdollahi bəyan edib.

Onun fikrincə, hazırkı mərhələdə İranın silahlı qüvvələri maksimum dərəcədə səmərəli fəaliyyət göstərir.

"Silahlı qüvvələr gənc və əzmkar alimlər sayəsində düşmənin hesablamalarını pozmağa kömək edəcək müasir silahlar istehsal edir. Biz bu tendensiyanı davam etdirəcəyik və döyüş meydanında yeni sürprizlər təqdim edəcəyik", — deyə general Abdollahi vurğulayıb.

Seçilən
78
2
publika.az

10Mənbələr