AZ

ABŞ Hörmüz boğazını açmaq üçün İran qüvvələrini vurur

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və müttəfiqləri Hörmüz boğazında gəmiçiliyin bərpası yolunda İranın dəniz qüvvələrinə və dronlarına hücum etmək üçün A-10 hücum təyyarələri və "Apache" helikopterləri də daxil olmaqla zərbə qüvvələri yerləşdiriblər.

"Unikal" xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti ABŞ hərbi rəsmilərinə istinadən yazıb. 

Məlumata görə, A-10 təyyarələri boğazda sürət gəmilərinə zərbələr endirir, "Apache" helikopterləri isə İranın bölgədəki gəmilərə və infrastruktura hücum etmək üçün istifadə etdiyi iddia edilən dronları məhv etməyə kömək edir.

"A-10 təyyarələri artıq cənuba yerləşdirilib və Hörmüz boğazında sürətli hücum gəmilərinə zərbələr endirir. "Apache"lər" də əməliyyata qoşulub", - deyə ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn qeyd edib. 

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
unikal.az

10Mənbələr