AZ

Tonqaldakı partlayışda xəsarət alanların vəziyyəti necədir?

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Ötən gün Sumqayıtda bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə mərkəzin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

“Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
20
hurriyyet.az

10Mənbələr