AZ

Tonqaldakı partlayışda xəsarət alanların son vəziyyəti

Ötən gün Sumqayıtda bayram tonqalında baş verən partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən NOCOMMENT.az -a bildirilib ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə mərkəzin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

“Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub”, – məlumatda bildirilib.

Seçilən
119
20
nocomment.az

10Mənbələr