AZ

Bu ölkədən Azərbaycana pul köçürmələri artdı

2025-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 42,4 milyon ABŞ dolları təşkil edib.Metbuat.az xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 8,4 milyon ABŞ dolları və ya 24,8% çoxdur. Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Böyük Britaniyanın payı 3,6% təşkil edib.Həmçinin 2025-ci ildə Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 26,7 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 6% azalma deməkdir.Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Böyük Britaniyanın payı 5,3% təşkil edib.2024-cü ildə Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,5 milyon ABŞ dolları, əks istiqamətdə isə 34 milyon ABŞ dolları təşkil edib.Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Seçilən
44
10
metbuat.az

10Mənbələr