AZ

Fransadan Azərbaycana pul köçürmələri iki dəfədən çox artıb

Bakı. Trend:

2025-ci ildə Fransadan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 26,6 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 14,8 milyon ABŞ dolları və ya 2,3dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Fransanın payı 2,3% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Fransaya fiziki şəxslərinpul köçürmələrinin həcmi 6,5 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyon ABŞ dolları vəya 15% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəFransanın payı 1,3% təşkil edib.

2024-cü ildə Azərbaycandan Fransaya fiziki şəxslərin pulköçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları, əks istiqamətdə isə11,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Seçilən
0
3
az.trend.az

10Mənbələr