GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Moskva Vaşinqtona belə bir təklif irəli sürüb ki, Kreml İrana verdiyi kəşfiyyat məlumatlarını, o cümlədən ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinin dəqiq koordinatlarını paylaşmağı dayandırsın. Bunun müqabilində ABŞ-ın Ukraynaya Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması istənilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
İddiaya görə, bu təklif Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən ötən həftə Mayamidə keçirilən görüş zamanı ABŞ tərəfinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerə təqdim edilib.
Məlumatda bildirilir ki, ABŞ tərəfi bu təklifi qəbul etməyib. Həmçinin, Rusiyanın İranla bağlı irəli sürdüyü digər təkliflərin də Vaşinqton tərəfindən rədd edildiyi qeyd olunur.
Bunlara İranın zənginləşdirilmiş uranının Rusiyaya ötürülməsi ilə bağlı təşəbbüs də daxildir.
Mənbələrin sözlərinə görə, bu cür təkliflərin mövcudluğu avropalı diplomatlar arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, Moskva ABŞ və Avropa arasında gərginliyi artırmağa və transatlantik münasibətlərdə çat yaratmağa çalışır.
Ağ Ev məsələyə şərh verməkdən imtina edib, Rusiyanın Vaşinqtondakı səfirliyi isə sorğuya cavab verməyib. Avropa İttifaqından olan bəzi diplomatlar isə bu təklifi “qəbuledilməz” adlandırıblar.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.