AZ

Tehrandan mesaj: Nüvə silahı dini baxımdan qadağandır

"İranın mərhum ali rəhbəri Əli Xamenei nüvə silahının yaradılmasının yolverilməzliyi barədə dəfələrlə bəyanat verib".

Oxu.Az xəbər verir ki, bunu SNN-ə istinadən İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə müraciətində bildirib.

"İnqilab rəhbərinin yanına hər dəfə gələndə o, nüvə silahının din baxımından qadağan edildiyini vurğulayırdı", - deyə prezident qeyd edib.

Bununla yanaşı, onun sözlərinə görə, ABŞ dünyaya İranın nüvə silahı əldə etməyə çalışdığı barədə fikir aşılamağa çalışır.

Seçilən
20
5
qaziler.az

6Mənbələr