"İranın mərhum ali rəhbəri Əli Xamenei nüvə silahının yaradılmasının yolverilməzliyi barədə dəfələrlə bəyanat verib".
Publika.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Novruz bayramı münasibətilə müraciətində bildirib.
"İnqilab rəhbərinin yanına hər dəfə gələndə o, nüvə silahının din baxımından qadağan edildiyini vurğulayırdı", - deyə prezident qeyd edib.