ain.az, GlobalInfo saytına istinadən bildirir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.
Globalinfo.az “Bizim.Media”ya istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 16,2 faiz azdır.
Ötən ilin yanvar-fevral ayında Azərbaycanda 457,3 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 18,4% azdır.
Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.