AZ

Dizellə bağlı rəsmi məlumat

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 383,2 min ton qazoyl (dizel yanacağı) istehsal olunub.Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 74,1 min ton və ya 16,2 faiz azdır.Ötən ilin yanvar-fevral ayında Azərbaycanda 457,3 min ton qazoyl (dizel yanacağı) istehsal olunmuşdu.

 

Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır.

Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
9
bizim.media

10Mənbələr