Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu A.Vuçiç ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
O, bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək:
"Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Yaxın bir ay ərzində Azərbaycana səfərim gözlənilir. Mən Prezident Əliyevə dostluq və yaxşı razılaşmalar üçün minnətdaram. Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, sürətləndirəcəyik və genişləndirəcəyik".