AZ

Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın bir ay ərzində Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu A.Vuçiç ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra "Report"un Balkan bürosunun sualını cavablandırarkən deyib.

O, bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə davam edəcək:

"Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Yaxın bir ay ərzində Azərbaycana səfərim gözlənilir. Mən Prezident Əliyevə dostluq və yaxşı razılaşmalar üçün minnətdaram. Əməkdaşlığımızı daha da dərinləşdirəcəyik, sürətləndirəcəyik və genişləndirəcəyik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
10
bakivaxti.az

10Mənbələr