AZ

“Fənərbaxça”nın qələbə seriyası qırıldı

Müntəzəm çempionatda 31-ci turun oyunları keçirildi.

Türkiyə klubları hesabat turunda fərqli nəticə göstərdi. Özü də maraqlıdı ki, bu dəfə “Efes” qalib gəldi, “Fənərbaxça” uduzdu. “Pivəçilər” səfərdə “Bavariya”nı 1 xal qabaqladı. “Srvena Zvezda”nın qonağı olan “sarı-lacivərdlilər” isə ilk iki çeyrəkdən sonra 9 xal öndə idilər, ancaq son iki çeyrəkdə hədsiz zəif oynadılar.

“Fənərbaxça” sonuncu dəfə yanvarın 8-də “Dubay”a uduzmuş, həmin gündən bəri keçirdiyi 9 oyunda qalib gəlmişdi.

Virtus B (İtaliya) – Partizan (Serbiya) 82:88 (25:29, 23:23, 15:13, 19:23)
Monako (Fransa) – Olimpiakos (Yunanıstan) 81:80 (22:14, 21:23, 19:26, 19:17)
Dubay (BƏƏ) – Baskoniya (İspaniya) 100:94 (29:21, 30:24, 24:22, 17:27)
Bavariya (Almaniya) – Efes (Türkiyə) 80:81 (17:14, 22:12, 19:27, 22:28)
Real (İspaniya) – Valensiya (İspaniya) 96:79 (20:19, 31:24, 24:22, 21:14)
Panatinaikos (Yunanıstan) – Jalgiris (Litva) 92:88 (24:27, 20:13, 21:19, 27:29)
Paris (Fransa) – ASVEL (Fransa) 90:81 (17:23, 14:17, 29:13, 30:28)
Srvena Zvezda (Serbiya) – Fənərbaxça (Türkiyə) 79:73 (17:20, 16:22, 28:14, 18:17)
Barselona (İspaniya) – Hapoel T-Ə (İsrail) 75:80 (26:19, 14:27, 21:20, 14:14)
Milan (İtaliya) – Makkabi T-Ə (İsrail) 96:87 (25:26, 28:16, 21:25, 22:20)

Xal durumu: Fənərbaxça - 52, Real, Valensiya – 51, Olimpiakos, Srvena Zvezda – 49, Jalgiris, Monako, Panatinaikos, Barselona – 48, Hapoel T-Ə, Milan – 47, Dubay – 46, Makkabi T-Ə, Bavariya, Virtus B – 44, Paris – 42, Efes – 41, Partizan, Baskoniya – 40, ASVEL – 39.

Seçilən
0
4
football-plus.az

10Mənbələr